Tovuz sakini sirkə turşusundan zəhərlənib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Düz Cirdaxan kənd sakini, 1990-cı il təvəllüdlü Allahyarova Leyla Əlizəli qızı sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, L. Allahyarova səhvən su əvəzinə sirkə turşusu içib.
Son xəbərlər
Son Xəbərlər