“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 21-də qərb bölgəsinin gözəl diyarı olan Şəmkirdə davam edib.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, axşam saatlarında Şəmkir Gənclər Mərkəzinin qarşısında su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini şəmkirli uşağa təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Şəmkir rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Şəmkir mərhələsinə nəzər salınıb.
Sonra su qabını daşıyan şəmkirli idmançılar və Şəmkir şəhər M.Füzuli adına məktəb-liseyin şagirdi Murad Namazov səhnəyə dəvət olunub.

Son xəbərlər
Son Xəbərlər