Su kanalında 20-yə yaxın heyvan cəmdəyi tapıldı - Yenilənib+Foto

su-kanalinda-20-ye-yaxin-heyvan-cemdeyi-tapildi
Oxunma sayı: 3758

Bərdədə 20-yə yaxın ölmüş heyvanın cəmdəyi tapılıb. 

“Qafqazinfo” xəbər verir ki, iribuynuzlu heyvanlar suvarma üçün nəzərdə tutulan Qarabağ kanalında aşkarlanıb. 

İlkin məlumata görə, həmin heyvanlar kanala öldükdən sonra yiyələri tərəfindən atılıb. 

***

Məsələ ilə bağlı ərazi icra nümayəndəsi üzrə müavin İlham Mikayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaranmış vəziyyət heyvandarlıq və əkinçiliklə məşğul olan əhali üçün problem yaradacaq:

“Əhali bu sudan istifadə edir. Su həm heyvanlara verilir, həm də tarlalar sulanır. Gələcəkdə mühüm hadisələr törədə bilər. Ona görə də xahiş edirik ki, lazımi orqanlar bizə kömək etsin”. 

 

Tural Hüseynli