Tərtərdə su kanalından meyit tapılıb.
“Qafqazinfo” Baş Prokurorluğa istinadən xəbər verir ki, hadisə iyunun 26-da saat 17 radələrində baş verib.
Kanalın Tərtər şəhərindən keçən hissəsində Ağdərə rayon Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Son xəbərlər
Son Xəbərlər