Su polisi elektrik avadanlığı ilə balıqları məhv edənləri yaxaladı - Video

su-polisi-elektrik-avadanligi-ile-baliqlari-mehv-edenleri-yaxaladi
Oxunma sayı: 1609

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin İmişli XPM-nin  əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan bir neçə şəxs yaxalanıb.

İdarədən “Qafqazinfo”ya daxil olan rəsmi məlumatda qeyd olunur ki, 1994-cu ildə İmişli rayonunun Govhərli kəndində anadan olan Cəfərov Əlirza Fəramiz oğlu, həmin kənddə pasport qeydiyyatında olan və yaşayan Qarayev Qara Mahir oğlu İmişli rayonu Xəlfəli kəndi istiqamətində Araz çayı ilə Baş Mil-Muğan Kollektorunu birləşdirən kanaldan qanunsuz balıq tutarkən saxlanılıblar.  Yoxlama zamanı onlardan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd akkumulyator, 1 ədəd gərginlik artıran cihaz, 3 hissəsində elektrik naqili bağlanmış "domça” adlandırılan balıqovlama vasitəsi və ümumi çəkisi 5,5 kq olan 27 ədəd durna balığı, 8 ədəd dabanbalığı və 2 ədəd lilbalıq balıqları akşar edilərək, maddi sübut kimi götürülüb.

Adları çəkilən şəxslər Azərbaycanın müvafiq  qanunvericiliyinə zidd olaraq  elektrik avadanlığı  ilə balıqları kütləvi şəkildə məhv edərkən yaxalanıblar. Onlar su polislərini gördükləri an işlək vəziyyətdə olan  elektrik avadanlığını     suya atıblar. Sonradan həmin avadanlıq taxta vasitəsi ilə sudan çıxarılıb. Əvvəllər bu cür qustar üsulla hazırlanmış  elektrik avadanlığı ilə  brokonyerler balıq tutmaq istəyərkən dəfələrlə ölüm  hadisəsi baş verib və  həmin aparat özlərini vurub öldürüb. Su polisi Azərbaycan Respublikasının Su Nəqliyyatında Polis İdarəsinin xidməti ərazilərində regional reydlər keçirəcək və elektrik avadanlığı ilə balıq ovlayanlara, balıqları  antisanitariya şəraitində  hisə verib əhalini zəhərləyən, qırmızı kitaba düşmüş quşları məhv edənlərə və digər bu kimi  cinayətkarlara qarşı kəsərli tədbirlər görərək onları cəzalandıracaq.  Dəfələrlə su polisinin əməkdaşları balıqçılarla  profilaktik və maarifləndirici söhbətlər  aparıb, belə halların yol verilməz oldugunu onlara izah ediblər. Buna baxmayaraq onlar öz çirkin əməllərindən əl çəkməyiblər.

İdarənin məlumatında elektrik avadanlığı ilə ovlanan balıqların insan sağlamlığı üçün çox təhlükəli olduğu bir daha diqqətə çatdırılıb, eləcə də kafe, restoran və bazarlarda bu yolla ovlanan balıqları almamağı tövsiyə edilir.