Su qızdırıcını işə saldı, partlayış oldu

su-qizdiricini-ise-saldi-partlayis-oldu
Oxunma sayı: 642

Gəncədə mənzildə partlayış baş verib, bir nəfər xəsarət alıb. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Rəhim Hüseynov küçəsi, 18 ünvanında baş verib. 1968-ci il təvəllüdlü Ağayev Adil Misir oğlu yaşadığı evdə su qızdırıcı sobanı işə salarkən partlayış baş verib. A.Ağayev yanıq xəsarətləri alaraq Gəncə Şəhər Təcili-Tibi Yardım Xəstəxanasına yerləşdirilib.  
 
Onun vəziyyətinin ağır olduğu bildirilir.