Suares vidalaşdı - Foto

suares-vidalasdi
Oxunma sayı: 6300

Luis Suares Uruqvay millisində son oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasında Paraqvayla keçirilən görüşdən (0:0) sonra 37 yaşlı hücumçu milli ilə vidalaşıb.

17 illik milli karyerasını başa vuran futbolçu göz yaşlarını saxlaya bilməyib.

Uruqvay millisində 143 oyun keçirən Suares 69 qol vurub, 39 məhsuldar ötürmə edib. 2007-ci ildən milliyə dəvət alan futbolçu 2011-ci ildə komanda ilə Amerika kubokunun qalibi olub.

Qeyd edək ki, Suares Uruqvay millisində ən çox oyun keçirən ikinci futbolçudur. Dieqo Qodin 161 oyunla birincidir.