“Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, uruqvaylı azarkeş Mateo bu xəstəlikdən “Peres Skremini” Fondunda müalicə olunur.
Bir gün valideynləri və həkimi onu kompüter qarşısına əyləşdirərək, İspaniyadan olan həkimin onunla “Skype” vasitəsilə danışmaq istədiyini bildiriblər.
Mateo bir neçə dəqiqə həmin “həkim”lə danışdıqdan sonra, onun öz sevimli futbolçusu Luis Suares olduğunu başa düşür.
Suares uşağa dəstək olaraq, ona dərmanlarını vaxtında qəbul etməyi tapşırır. Mateo isə bu sürprizdən kövrələrək ağlayır.
Son xəbərlər
Son Xəbərlər