Suarez “El Klasiko”da oynayacaq

suarez-el-klasikoda-oynayacaq
Oxunma sayı: 798


 “Qafqazinfo” xəbər verir ki, “Barselona”nın yeni, cəzalı transferi Luis Suarez də katalon klubunun heyətində ilk “El Klasiko”sunda iştirak edəcək. Braziliyada keçirilən dünya çempionatında, Uruqvay –İtaliya matçında uruqvaylı futbolçu Suarez rəqibi Kiyellininin çiynini dişlədiyi üçün FİFA-dan 3 aylıq bütün rəsmi matçlarda oynamamaq cəzası alıb. Ulduz futbolçunun bu cəzası da oktyabrın 24-də başa çatır. “Barselona” klubunun rəsmi saytı futbolçusunun oktyabrın 25-də keçiriləcək matçda iştirak edəcəyi barədə məlumat yayıb.


İqbal