“Qafqazinfo”ya açıqlamasında prodüser bu dəfə kişi sənətçi ilə çalışacağını bildirib:
“Aparıcılıq fəaliyyətində də uğur qazandığımı düşünürəm. Artıq prodüserliyə qayıtmağaın vaxtıdır. Bilirsiniz ki, son olaraq gənc müğənni Zarina ilə çalışırdım. O , da sənətdən uzaqlaşmaq qərarına gəldi. Zarinadan sonra fasilə verdim, çalışa biləcəyim daha münasibət ifaşı axtarırdım. Artıq kişi sənətçi ilə işbirliyinə başlamışam. Adını açıqlamayacam, işlər tam hazır olduqdan sonra kimliyini deyəcəm”.
Səmədova şəxsi həyatından da söhbət açıb:
“Hər dəfə məndən yenidən ailə quracağım haqda soruşurlar. Şəxsi həyatımda hər şey qaydasındadır. Hələ ki, yenidən ailə qurmağı düşünmürəm. Anamla, övladımla xoşbəxtəm. Ailə qurmaq məsuliyyətli və çətindir. Doğru insanla həyatını birləşdirəcəyinə əmin olmalısan. Ona görə subay qalmağa üstünlük verirəm. Bu işlər həm də qismətdən asılıdır. Qismət olsa, yenidən ailə quraram”.
Könül
Son xəbərlər
Son Xəbərlər