“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.
Cinayət Məcəlləsinin 180; 29-cu maddələri ilə təqsirləndirilənlər –Nəcməddin Bayramov və Samir Hüseynovun anket məlumatları dəqiqləşdirilib.
N.Bayramov subay olduğunu desə də, hakim məlumatlarda onun evli olduğunun yazıldığını bildirib. Təqsirləndirilən şəxs buna ayrınlıq gətirib: “Subayam, amma orada evli yazılıbsa, onda evliyəm. Əslində tutulmamışdan əvvəl evli idim. Həbs olunandan sonra bildim ki, yoldaşım boşanma üçün müraciət edib. Fikirləşdim ki, yəqin, indiyə kimi qərar verilib. Yaşı tamam olmayan bir övladımız var idi”.
S. Hüseynov 5 yaşlı bir övladının olduğunu deyib: “Əvvəllər məhkum olunmuşam. 2008-ci ildə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 4 il verilib. 2012-ci ildə həbsdən çıxmışam”.
S.Hüseynov dövlət tərəfindən təyin olunan vəkildən imtina etdiyini deyib: “On aydır mən özüm günahsız olduğumu sübut edə bilmirəm, bu necə edəcək? Tanımıram onu, heç bir qərəzim də yoxdur. Müstəntiq istintaq dövründə cəmi 1 dəfə mənlə görüşdü. Onda da mən başqa şey deyirdim, o öz bildiklərini yazırdı. Mənim heç bir günahım yoxdu. Sadəcə əvvəl məhkumluğum olub deyə bunu da yükləyiblər”.
Hakim bildirib ki, məhkəmə bütün iddiaları araşdıracaq və 102 yaşlı zərərçəkən də məhkəməyə gətirilib ifadə verəcək.
Prokuror cinayət işi materialları ilə tanış olmadığını bildirib. Hazırlıq iclası iyunun 10-da davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər