Türkiyənin İzmir şəhərində yoldan keçən vətəndaş polisdən qaçan şübhəliyə badalaq vuraraq onu dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Həmin anlar ərazidəki təhlükəsizlik kameralarına yansıyıb. Video qısa müddətdə sosial şəbəkələrin Türkiyə seqmentində viral olub.