Süd Yolunun mərkəzindəki qara dəliyin - Fotosu çəkildi

sud-yolunun-merkezindeki-qara-deliyin
Oxunma sayı: 8316

Cənubi Afrika Radioastronomiya Rəsədxanasının (SARAO) astrofizikləri Süd Yolunun mərkəzinin görüntülərini dərc ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat başlandıqdan üç il sonra əldə edilən kadrlar MeerKAT teleskopu ilə çəkilib.

Şəkildə güclü radio emissiya bölgələri parlaq rənglərdə görünür, boz fon daha az intensiv şüalanma olan sahələri göstərir. Mərkəzin solunda qaçan pulsar "Siçan", yuxarı sağ hissədə isə "İlan" radio filamenti yerləşir.

Görüntüləri əldə etmək üçün astronomlar 200 saat davam edən 20 seans keçiriblər. Bundan sonra superkompüterlər 70 terabayt məlumatı təhlil ediblər.

Alimlərin fikrincə, Sagittarius A* adlı superkütləli qara dəliyin Süd Yolunun mərkəzində 4 milyon il yaşı var.