Sudanın bütün ərazisində elektrik enerjisi kəsilib.
“Qafqazinfo” Röyters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin su resursları və Elektrik Enerjisi nazirliyindən bildirilib. Rabak - Maskar - Sennar - Marancan - Alhasahisa elektrik xəttində baş verən qəza ölkəni işıqsız qoyub. İddialara görə, elektrik enerjisi ölkədə kütləvi etirazlar fonunda kəsilib.
Qeyd edək ki, mitinqdə toqquşmalar zamanı 6 nəfər ölüb. Aksiyaçılar Ömər əl-Bəşir rejiminin devrilməsini istəyir.
Son xəbərlər
Son Xəbərlər