Sudan ordusu atəşkəsə riayət etməyə hazır olduğunu açıqladı

sudan-ordusu-ateskese-riayet-etmeye-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 1328

Sudan ordusu atəşkəs rejiminə riayət etmək niyyətində olduğunu açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, atəşkəsin yerli vaxtla saat 18:00-dan etibarən 24 saat ərzində olacağı bildirilib.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə ordu ilə HDK arasında silahlı toqquşmalar başlayıb.