Sudan ordusu BMT-nin bu təklifi ilə razılaşdı

sudan-ordusu-bmt-nin-bu-teklifi-ile-razilasdi
Oxunma sayı: 1781

Sudan Silahlı Qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkədə üç saatlıq humanitar dəhlizlərin açılması təklifi ilə razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Məsləhətləşmələrdən sonra Sudan Silahlı Qüvvələri BMT-nin bu gün saat 16:00-dan başlayaraq üç saat ərzində humanitar hallar üçün təhlükəsizlik dəhlizlərinin açılması təklifi ilə razılaşdı. Bununla belə, üsyançı qruplar tərəfindən hər hansı pozuntu halında cavab vermək hüququnu ləğv etmir”, - mesajda deyilir.