Sudanda baş vermiş toqquşmalarda ölənlər var

Sudanda baş vermiş toqquşmalarda ölənlər var
Oxunma sayı: 611

Bazar ertəsi Xartumda etirazçılarla Sudan təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 3 nəfər ölüb, 80-dən çox adam yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ordu və polis ölkənin faktiki lideri Əbdülfəttah əl-Burhanın ölkədə fövqəladə vəziyyət elan edilməsi əmrinə əsasən nümayişçiləri dağıtmağa cəhd edib, lakin xalq buna tabe olmaqdan imtina edib. Sudan həmkarlar ittifaqları artıq etirazçılara hərbçilərlə qarşıdurmadan qaçmaqla bağlı çağırış edib və qaçılmaz kütləvi həbslərlə bağlı xəbərdarlıq ediblər. 

Qeyd edək ki, müxalif hərbi hərəkat “Azadlıq və dəyişiklik uğrunda qüvvələr”in liderləri hökumət buraxıldıqdan sonra sudanlıları vətəndaş itaətsizliyinə çağırıb. Tibb işçiləri, bank əməkdaşları, pilotlar və digər peşə sahibləri ümumi tətil elan ediblər. 

Həmçinin oxuyun: Sudanda hərbçilər nazirləri saxladılar, paytaxta giriş bağlandı

Sudan hökuməti buraxıldı