Sudanda baş tutan hərbi çevrilişi küçələrdə bayram kimi qeyd edən əhali arasında qadınların çoxluq təşkil etməsi bütün dünyanın diqqətini cəlb edib.
“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, onların arasında xüsusilə fərqlənən isə Alaa Salah adlı gənc qadındır.
Maşının üstünə çıxaraq ətrafındakılara “Thawra” deyə ritm tutduran Salah bu videosu ilə dünya gündəmini zəbt edib. Onun əsas şüarı isə “Qadının yeri evidir” ifadəsinin əksinə olaraq “Qadının yeri inqilabdır” ifadəsidir.
Qısa zamanda üsyançılar arasında populyarlaşan Salah həmin hərəkətlərini başqa yerlərdə də göstərməyə başlayıb. O, bununla da çevrilişin əsas simvollarından birinə çevrilib.
Son xəbərlər
Son Xəbərlər