Sudanda kütləvi toqquşmalar – 37 ölü, 200-dən çox yaralı

sudanda-kutlevi-toqqusmalar-37-olu-200-den-cox-yarali
Oxunma sayı: 930

Sudanda tayfalararası toqquşmalar insan təlafatına gətirib çıxarıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Sudan Tribune” nəşri yazıb.

An-Nuba və Beni-Amer tayfaları arasındakı silahlı toqquşmalar Port-Sudan şəhərində baş verib. Nəticədə 37 insan ölüb, 200-dən çox yerli sakin xəsarət alıb.

Kütləvi hücumlar səbəbindən Qırmızı dəniz əyalətində fövqəladə vəziyyət elan olunub. Əyalət quberantoru və təhlükəsizlik xidmətinin rəisi istefaya göndərilib.