Sudanda ordu mitinqçilərə hücum etdi - 13 ölü, 116 yaralı

sudanda-ordu-mitinqcilere-hucum-etdi
Oxunma sayı: 889

Sudan ordusu paytaxt Xartumda çevriliş əleyhinə mitinq keçirən nümayişçilərə müdaxilə edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ordu ilə nümayişçilər arasında yaranan toqquşmada 13 nəfər ölüb, 116 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. 

Qeyd edək ki, apreldə keçmiş prezident Ömər Əl Bəşirin devrilməsindən sonra çevriliş baş verib. Sudan xalqı isə çevriliş əleyhinə çıxaraq ölkədə demokratik idarəetmə formasına keçilməsi üçün aksiyalara başlayıb. Ordunun insanlara müdaxiləsindən sonra ara yenidən qarışıb. İnsanlar artıq küçələrə axışaraq barrikadalar qurur.