Sudanda qızıl mədəni çöküb, xeyli sayda ölən var - Yenilənib

sudanda-qizil-medeni-cokub-xeyli-sayda-olen-var
Oxunma sayı: 1242

Sudanda qızıl mədənində uçqun baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə ötən gün Qərbi Kordofan əyalətinin Əl-Nuhud bölgəsində olub. Dağıntılar altından 31 şaxtaçının cəsədi çıxarılıb, daha 8 nəfər isə itkindir.

İnsident kustar üsulla qazılan 10 quyunun çökməsi nəticəsində baş verib. 

***

Mədəndə uçqun nəticəsində ölənlərin sayı artaraq 38 olub.