Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurmada həlak olanların sayı 270-ə çatıb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus açıqlayıb.
Məlumata görə, döyüşlər zamanı 2600-dən çox insan yaralanıb.
Daha əvvəl yayılan məlumatda 180-dən çox insanın öldüyü, 1800 nəfərin isə yaralandığı bildirilirdi.
Qeyd edək ki, ordu və xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma bir neçə gündür davam edir.
Son xəbərlər
Son Xəbərlər