Sudandakı qarşıdurmalara görə 200 min insanın ölkəni tərk etdi

sudandaki-qarsidurmalara-gore-200-min-insanin-olkeni-terk-etdi
Oxunma sayı: 1069

BMT aprelin 15-dən bəri Sudanda ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmalar səbəbindən təxminən 200 min insanın ölkəni tərk etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Olqa Sarrado açıqlama verib.

“Sudanda dördüncü həftədir davam edən qarşıdurma səbəbindən təxminən 200 min insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Hər gün daha çox insan təhlükəsizlik axtarışında sərhədi keçir”, - deyən Sarrado qeyd edib.

Yüz minlərlə insanın ölkə daxilində didərgin düşdüyünü vurğulayan Sarrado, bir çox insanın əsas ehtiyaclarını ödəyə bilmədiyi üçün evlərinə qapandığını bildirib.