Sudanın Baş Nazirinə sui-qəsd cəhdi edildi

sudanin-bas-nazirine-sui-qesd-cehdi-edildi
Oxunma sayı: 1167

Sudanın Baş Naziri Abdulla Hamdoka qarşı sui-qəsd olunub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, naməlum şəxslər Baş Nazirin avtomobil karvanında daxil olan maşınlardan birini partladıblar. Sui-qəsd cəhdi Hamdok işə gedərkən edilib. Məqsəd onu öldürmək olub.

Hücum zamanı Abdulla Hamdok xəsarət almayıb və təhlükəsiz yerə aparılıb. Vəziyyəti normaldır.

Hadisənin detalları açıqlanmır.