Fotoqraf Yaroslav Vieczorkieviçin qeyri-adi fotolayihəsi yenidən gündəmə gəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2 il davam edən layihədə Yaroslav sürətli foto çəkmək texnikasından istifadə edib. Geyim əvəzi süddən istifadə edən fotoqraf istədiyi kadrı alındırmaq üçün 100-dən çox foto çəkməli olub. O, fotoların bəzilərini proqramla rəngləsə də, bir hissəsini elə olduğu kimi təqdim edib.

Onun sözlərinə görə, 1940-1950-ci illərin təqvim gözəllərindən ilhamlanaraq belə bir iş ərsəyə gətirmək istəyib:
“Mən modellərimə sadəcə süd geydirdim. Düzdür, bu zaman istədiyim kadrı çəkə bilmək elə də asan olmadı, mən və komandam xeyli əziyyət çəkdik. Nəticənin necə olacağını əvvəlcədən bilmirdik, ancaq gördüyümüz iş də xeyli bəyənildi. Bu da o deməkdir ki, istədiyimizə nail ola bilmişik”.
Qeyd edək ki, Yaroslav Vieczorkieviç hazırda “FALLEN ANGELS - 2016 MILK Calendar” layihəsinin üstündə işləyir.
Günel Hacı








Son xəbərlər
Son Xəbərlər