Sükan arxasında infarkt keçirdi - Avtomobillər toqquşdu

sukan-arxasinda-infarkt-kecirdi
Oxunma sayı: 3709

Tovuz rayonunda yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1956-cı il təvəllüdlü Nikolay Cəfərovun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı avtomobillərə çox ciddi zərər dəyməsə də, N.Cəfərov vəfat edib.

Məlum olub ki, o, sükan arxasında infarkt keçirərək vəfat edib. Qəza da bu səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.