Sükan arxasında infarkt keçirdi, qəzaya düşüb öldü

sukan-arxasinda-infarkt-kecirdi-qezaya-dusub-oldu
Oxunma sayı: 2227

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1938-ci il təvəllüdlü Fərman Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb. İlkin ehtimala görə, qəzaya səbəb F. Hüseynovun sükan arxasında infarkt keçirməsidir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli