Sükanı 6 yaşlı oğluna verən qadın həbs edildi - Video

sukani-6-yasli-ogluna-veren-qadin-hebs-edildi
Oxunma sayı: 4301

Tatarıstan sakini Aqina Altınbayevaya qarşı iki maddə üzrə cinayət işi açılıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb qadının saatda 130 kilometr sürətlə hərəkətdə olan avtomobilinin sükanını 6 yaşlı oğluna verməsidir.

Şübhəli şəxs qismində saxlanılan Aqina yol hərəkəti qaydalarını pozduğu üçün 35 min rubl cərimə də ödəyəcək.