“Süleyman Dəmirələ saz hədiyyə etmişdim”

suleyman-demirele-saz-hediyye-etmisdim
Oxunma sayı: 1220


Millət vəkili bildirib ki, televiziyada çalışdığı illərdə qardaş Türkiyədə ən çox görüşdüyü, müsahibələr aldığı Cumhurbaşkanı, siyasətçi Süleyman Dəmirəl  olub: “O çox maraqlı siyasətçi və insan idi. Ümummilli liderimiz Heydər Əliyevlə birlikdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ciddi xidmətləri var. Millət vəkili olduqdan sonra da müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüşdük, iki dəfə bizi evində qonaq da etmişdi. Türk dünyası ilə bağlı bir tədbirdə ona Azərbaycan sazı, bağlama hədiyyə etmişdim. O da mənim üçün çox qiymətli bir hədiyyədir deyib sonra zarafatla artıq çalmağı da öyrənməm lazım dedi. Onunla son dəfə görüşdə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı hazırlamağa başladığım bir kitabla bağlı onun Cumhurbaşkanlığı dönəmində bəzi hadisələrlə bağlı daha geniş fikrini bilmək idi. Çox xəstə idi. Yorulmasın deyə çox az adamın ziyarət etməsinə icazə verilirdi. Köməkçisi sizin görüşmək istəyinizə razılıq verdi dedi. Bir saata yaxın söhbət etdi. Çətinliklə danışırdı, amma çox maraqlı söhbətlər etdi və məni maraqlandıran suallara da açıq və ətraflı cavab verdi. Əvvələr bəzi suallarıma diplomatik cavab verdiyini bilirdim, amma indi daha açıq və bütün gerçəklikləri özündə əks etdirən cavablar idi. Özəlliklə Qarabağ münaqişəsi ilə bağlı. Onunla hər reportajımda, hər söhbətdə bu mövzuya xüsusi diqqət yetirməm bu güclü yaddaş sahibinin yadından çıxmamışdı və bilirəm bu mövzu azərbaycanlıların hamısı üçün nə qədər ağrılı və önəmlidir dedi və maraqlı söhbət oldu. Ona bu və bundan öncəki söhbətlərinin bir hissəsini kitabda yayımlayacağımı söylədim, etiraz etmədi. Azərbaycandan, əziz dostu, ümummilli liderimiz Heydər Əliyevdən, prezident İlham Əliyevdən, Azərbaycan-Türkiyə münasibətlərindən yenə maraqla və maraqlı şeylər danışdı. Ayrılanda inşallah bir az da sağalın sonra yenidən sizinlə görüşmək, söhbət etmək istəyirəm dedim və zarafatla sizə suallarım bitmədi deyə əlavə etdim. 

Parlamentə gəlmən yaxşı oldu dedi və türk qadınlarının cəmiyyətin bütün sahələrində fəallığının daha da artmasının önəmini xüsusi vurğuladı. Sözün həqiqi mənasında həyatının yoldaşı olan həyat yoldaşının vəfatından sonra sanki daha sürətlə qocalmışdı. Sonda hər zaman olduğu kimi qardaş Azərbaycana salam və sevgilərimi götürün dedi. 

Bir az öncə onun vəfatı xəbərini duydum. Türkiyə siyasətinin böyük şəxsiyyətlərindən biri, Türk Dünyasının da çox yaxından tanıdığı və sayğı ilə andığı bir tarixi şəxsiyyət dünyadan köçdü. Allah rəhmət etsin, nur içində yatsın. Əzizlərinə və bütün sevənlərinə səbr diləyirik”.