Süleyman Kərimovun 325 milyonluq yaxtasına həbs qoyuldu

suleyman-kerimovun-325-milyonluq-yaxtasina-hebs-qoyuldu
Oxunma sayı: 3660

Fici Respublikası rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən “FBC” telekanalı yayıb.

Polisdən bildirilib ki, 325 milyon dollar dəyərində olan “Amadea” adlı yaxta aprelin 13-ü Fici hökumətinin müvafiq icazəsi olmadan Ficinin iqtisadi zonasına daxil olub. Bunun ardınca gəmi saxlanılıb və onun sahibinin kim olmasına dair araşdırmalara başlanılıb.

“İlkin məlumata görə, yaxta Süleyman Kərimova məxsusdur”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) cari ilin mart ayının ortalarında Süleyman Kərimova sanksiya tətbiq edib. Sözügedən sanksiya çərçivəsində iş adamına Aİ-yə daxil olmaq qadağan edilib.