Süleyman Mikayılov Müşviqabad sakinləri ilə görüşdü - Fotolar

suleyman-mikayilov-musviqabad-sakinleri-ile-gorusdu
Oxunma sayı: 2515

Fevralın 2-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Müşviqabad qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edib. Sakinlərdən 17 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.