Süleyman Mikayılov qəsəbə sakinləri ilə görüşdü

suleyman-mikayilov-qesebe-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1029

 “Qəsəbə aylığı” görüşləri çərçivəsində Qaradağ rayonu Korgöz qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Korgöz qəsəbə sakinlərinin iştirakı ilə təşkil olunan görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə yanaşı, Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Korgöz qəsəbəsi üzrə nümayəndəsi Ramiz Daşdiyev qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.