Süleyman Mikayılov səyyar görüş keçirdi

suleyman-mikayilov-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1044

Qaradağ rayonu Qızıldaş qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti səyyar görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, səyyar görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə yanaşı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləyiblər.

Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Əli Hüseynovun 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.