Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə hər çərşənbə günü olduğu kimi növbəti dəfə video-qəbulu keçirilib. “Qafqazinfo” xəbər verir ki, video-qəbul formatında keçirilmiş qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak edib.
Video qəbulda iştirak edən Lökbatan qəsəbəsindən 4 nəfər, Qobustan qəsəbəsindən 1 nəfər, Müşfiqabad qəsəbəsindən də 1 nəfər olmaqla, ümumilikdə 6 nəfər fərdi qaydada icra başçısı Süleyman Mikayılov tərəfindən dinlənilib.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin ölkə başçısı İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra S. Mikayılov nitqində COVID-19-la mübarizədə dövlət tərəfindən görülmüş, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışıb, bu işdə öndə olan, həyatlarını təhlükəyə atan həkimlərə təşəkkür edib, vətəndaşlarımıza dövlətin atdığı addımlara dəstək olduğu üçün minnətdarlığını bildirib. Qeyd edilib ki, Azərbaycada koronovirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin təmin edilməsi, fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün RİH aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qruplar fəaliyyətlərini gücləndirilib, insanlar arasında sosial məsafənin gözlənilməsi (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə təbliğat-izahat işləri aparırlar. Mobil qrupların apardığı bu işlərdə hər bir rayon sakinin dəstəyinin vacibliyini xüsusi vurğulanıb.




Son xəbərlər
Son Xəbərlər