Türkiyənin daxili işlər naziri Süleyman Soylu Konyada 1 ailənin qətlə yetirilməsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Soylu hadisəni türk-kürd məsələsi ilə bağlı olmadığını deyib:
“Hadisəni siyasiləşdirməyə çalışırlar. İnsidentin türk-kürd məsələsi ilə hər hansı əlaqəsi yoxdur. Qətli bununla əlaqələndirmək, həmin hücum qədər təhlükəlidir. Bu məmləkətin qardaşlıq hissi ilə oynamağa heç kim cəhd etməsin.
Məsələ 2010-cu ildə iki ailə arasında başlamış münaqişədən qaynaqlanıb. 4-5 ay əvvəl də aralarında yenidən problem yaranıb. Hadisəni törədənlər axtarılır. Ölənlər arasında qadınlar var, qadınlara silah çəkilib, insanlıqdan çıxmış davranış şəklidir”.
Son xəbərlər
Son Xəbərlər