Süleymaninin dəfnində ölənlərin sayı 56-ya çatdı - Yenilənib

suleymaninin-defninde-olenlerin-sayi-56-ya-catdi
Oxunma sayı: 14650

Bu gün İranın cənub-şərqində yerləşən Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 

Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.

***

“İnterfaks” xəbər verir ki, xəsarət alanların sayı 190 nəfərə çatıb.

***

Qasım Süleymani ilə dəfn mərasimində ölənlərin sayı artaraq 50 nəfər olub. Onların əksəriyyəti kişilərdir. Yaralıların sayı isə 200 nəfəri ötüb.

***

"TASS"ın məlumatına görə, Kirmanda ölənlərin sayı artaraq 56 nəfərə çatıb. 213 nəfər isə xəstəxanaya çatdırılıb.