Süleymaninin nəşi İrana aparılır

suleymaninin-nesi-irana-aparilir
Oxunma sayı: 4367

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının keçmiş komandanı, general Qasım Süleymaninin nəşi İrana aparılır. "Qafqazinfo" “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə İranın dövlət televiziyası “IRIB”ın Teleqram kanalında məlumat verilib.

Bildirilib ki, Süleymaninin və onunla birgə öldürülən şəxslərin cənazələrinin dəfn olunması üçün İraq hava limanından İrana yola salınıb.

Qeyd edək ki, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib. İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı vəzifəsinə İsmayıl Kaani təyin olunub.