“Sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır” - Paşinyan

“Sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlara başlamaq lazımdır”
Oxunma sayı: 2782

“Sülh müqaviləsinin bağlanması üçün Azərbaycanla substantiv danışıqlara başlamaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

“Bütün keçdiyimiz sınaqlara baxmayaraq, Azərbaycanla sülh müqaviləsi ətrafında substantiv danışıqlara başlamaq lazımdır. Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz Azərbaycan naziri ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlamalıdır”, - deyə o bildirib.

Paşinyan danışıqlar masasında hazır sənədin olması ilə bağlı xəbərləri şayiə adlandırıb: 

“Əslində, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur. Müəyyən bir mətnin alınması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib”.