“Sülh sazişində birgə komissiyanın yaradılması da nəzərdə tutulur”

sulh-sazisinde-birge-komissiyanin-yaradilmasi-da-nezerde-tutulur
Oxunma sayı: 1194

“Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişatına nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

O, çıxışı zamanı sazişin iki ölkə arasında diplomatik münasibətlərin yaradılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi bir neçə əsas komponentini qeyd edib.