Sülh üzrə Nobel mükafatının qalibləri məlum oldu

sulh-uzre-nobel-mukafatinin-qalibleri-melum-oldu
Oxunma sayı: 1870

2022-ci il Sülh üzrə Nobel mükafatının qalibləri məlum olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Sülh üzrə Nobel mükafatı belaruslu vəkil və aktivist Ales Belyaçkiyə, eləcə də Rusiyanın “Memorial” insan hüquqları mərkəzinə və Ukraynanın “Vətəndaş Azadlıqları Mərkəzi” təşkilatına verilib. 

Məlumata görə, belaruslu vəkil və hər iki təşkilat öz ölkələrində vətəndaş cəmiyyətinin təmsil olunmasına görə bu mükafata layiq görülüblər.

Qeyd edək ki, “Memorial” mərkəzi xarici agent elan olunaraq məhkəmənin qərarı ilə ləğv edilib.