Azərbaycan Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Rodriqo Duterteyə məktub göndərib.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və rifah arzulayıram”.
Son xəbərlər
Son Xəbərlər