“Sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması yalandır”

sulhmeramli-kontingentine-mexsus-kolonun-atese-tutulmasi-yalandir
Oxunma sayı: 1507

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır. 

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

“Belə əsassız iddiaları qəti surətdə təkzib edirik” - məlumatda qeyd olunur.