Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir

sulhmeramlilar-ucun-maddi-texniki-teminat-vasitelerinin-getirilmesi-davam-edir
Oxunma sayı: 1132

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.