Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin “Sputnik V” vaksininin ilkin dozası ilə peyvəndlənməsi başa çatdırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 1,9 mindən çox rus hərbçisinin qrafikə uyğun olaraq peyvənd olunduğu bildirilib.
Peyvəndlənmə həm səyyar səhra xəstəxanasında, həm də peyvəndlərin xüsusi istilik qablarında çatdırıldığı bütün müşahidə məntəqələrində səyyar həkim qrupları tərəfindən həyata keçirilib.
İkinci doza peyvəndlənmənin 28 fevrala qədər tamamlanması planlaşdırılır.



Son xəbərlər
Son Xəbərlər