“Sülhməramlıların müddəti ilə bağlı danışıqlar aparılmır”

sulhmeramlilarin-muddeti-ile-bagli-danisiqlar-aparilmir
Oxunma sayı: 2377

“Rusiya xarici işlər naziri ilə görüşdə Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfinin mövqeyini tam bildirmişəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib. 

“Burada baş tutan danışıqların detallarını tam açıqlamaq düzgün olmaz. Amma bizim monitoruq qrupunun ora (qızıl mədənlərinə -red.) buraxılmaması yerli əhali tərəfindən təşkil olunan provakasiya ilə bağlı idi. Bu, təbii ki, qurma işdir. Azərbaycan tərəfi buna münasibətini bildirib”, - deyə Ceyhun Bayramov qeyd edib. 

Nazir xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə yerləşdirilib: “Bu müddətinin uzadılması ilə bağlı hər hansı razılaşma və ya müqavilə yoxdur. Bu istiqamətdə hazırda hər hansı bir danışıqlar aparılmır”.

Eldar Tanrıverdi