Sülhməramlıların yeni komandanı regiona gəldi

sulhmeramlilarin-yeni-komandani-regiona-geldi
Oxunma sayı: 2792

Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlı kontingentin yeni komandanı general-polkovnik Aleksandr Lentsov regiona səfər edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lentsov Ermənistanda ölkənin müdafiə naziri Suren Papikyanla görüşüb.

Tərəflər görüş zamanı rusiyalı sülhməramlıların məsuliyyət zonasındakı vəziyyətini müzakirə ediblər.

Xatırladaq ki, A.Lentsov aprelin 26-sı Qarabağdakı rusiyalı sülhməramlı kontingentin yeni komandanı təyin edilib. O bu vəzifədə Andrey Volkovu əvəz edib. Lentsov yeni vəzifəsindən əvvəl Rusiya müdafiə nazirinin müşaviri olub.

Günel İbrahimova