“Sülhməramlılarla bağlı məsələyə Azərbaycan MN cavab verib”

sulhmeramlilarla-bagli-meseleye-azerbaycan-mn-cavab-verib
Oxunma sayı: 4727

“Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in yaydığı açıqlamada deyilir.

Bildirilib ki, Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq:

“O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”.