“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor viza işləri uzandığı üçün Gəncə Hava Limanında əsəbiləşib. Növbə gözləməkdən bezən Ergənç qışqırmağa başlayıb. Onu sakitləşdirməyə gələn hava limanının işçiləri aktyoru tanıdıqdan sonra məsələni həll ediblər. Aktyordan üzr istəyən aeroport işçiləri Ergənçin vizasını dərhal veriblər.
Qeyd edək ki, Türkiyə mediası məşhur aktyorun bu hərəkətini tənqid edib.
***
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, XİN tərəfindən araşdırma aparılıb və Gəncə Şəhər Aeroportunun konsulluq idarəsindən bildirilib ki, belə bir hal baş verməyib: “Azərbaycan Respublikasının viza qaydalarına uyğun olaraq həmin şəxsə ölkəyə daxil olmaq üçün viza rəsmiləşdirilib. Bu kimi məlumatlar isə şayiə xarakterlidir”.
Könül
Son xəbərlər
Son Xəbərlər