Türkiyənin Sultanəhməd meydanında 10 nəfərin ölümünə səbəb olan terrorçu ilə bağlı maraqlı məlumatlar əldə edilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbulda özünü partladan suriya əsilli Nabil Fadlinin ekspertiza zamanı sağlam qalan ayağının birində dırnaqlarının olmadığı müəyyən edilib. Fadlinin Suriyada Əsəd gücləri tərəfindən İŞİD üzvü olduğu ehtimal edilərək nəzarətə götürüldüyü, işgəncəyə məruz qalaraq bütün ayaq dırnaqlarının çıxarıldığı məlum olub.
1988-ci il təvəllüdlü Fadlinin anası Brijitinin Suriya ermənisi olduğu və erməni kəndində doğulduğu aşkar edilib.
Son xəbərlər
Son Xəbərlər