Sultanəhməddəki terrorda ölənlər arasında azərbaycanlı yoxdur

sultanehmeddeki-terrorda-olenler-arasinda-azerbaycanli-yoxdur
Oxunma sayı: 1538

İstanbulda baş vermiş partlayış nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya İstanbuldakı Baş Konsulluqdan bildiriblər.

“İstanbul Polis İdarəsi ilə əlaqə saxlamışıq. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı hər hansı məlumat yoxdur,” - deyə konsulluqdan qeyd ediblər.

Xatırladaq ki, bu gün İstanbulun Sultanəhməd meydanında baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.